"İnter" "Bakı" ilə matça hazırlaşır

17:20 - 18 Sentyabr 2013

Turun qarşılaşması sentyrabrın 20-də baş tutacaq
 
"İnter”in əvəzedici komandası 7-ci turun “Bakı” ilə keçiriləcək oyununa hazırlaşır. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün gənc futbolçular bir dəfə məşq etdilər. “Şəfa” stadionunda baş tutan məşq prosesində komanda taktiki tapşırıqlar üzərində çalışdılar və topla bir sıra tapşırıqları yerinə yetirdilər. Əvəzedicilər arasında keçirilən Azərbaycan çempionatında 7-ci turun qarşılaşması sentyrabrın 20-də baş tutacaq.
 
Qeyd edək ki, 6 turdan sonra “İnter”in ikinci komandasının aktivində 13 xal var və bu nəticəylə komanda turnir cədvəlində 1-ci yeri tutur. 

Xəbər xətti