"Qarabağ"ı yenə köçürtdülər

17:26 - 18 Sentyabr 2013

"Qarabağ" - "Simurq" dueli canlı yayımlanmayacaq

 

Premyer Liqanın 7-ci turunda "Qarabağ" Respublika stadionunda "Simurq"u qəbul etməli idi.

Ancaq klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportal.az-a açıqlamasında oyunun məkanının dəyişdiyini və matçın canlı yayımlanmayacağını bildirib:

 

"Platinin Bakıya səfərinə görə, "Simurq"la matçımız "Dalğa Arena"da keçiriləcək. Dünən oyunun televiziya vasitəsi ilə canlı yayımlanacağı bildirilsə də, lakin bu baş tutmayacaq".

Xəbər xətti