Kasilyasdan şad xəbər

23:05 - 18 Sentyabr 2013

Kasilyasın qabırğasında sınıq yoxdur

İspaniya La Liqasının oyunlarında ehtiyatda qalan “Real”ın qapıçısı İker Kasilyas Çempionlar Liqasında qrup mərhələsinin “Qalatasaray”la ilk görüşündə meydançaya çıxmışdı. 

 

Sportal.az xəbər verir ki, lakin matç İspaniya millisinin üzvü üçün uğurlu olmadı. Çünki Kasilyas 15-ci dəqiqədə zədələnərək yerini Dieqo Lopesə verdi. Həkimlər təcrübəli referinin qabırğasının sınmasından şübhələnirdilər. Ancaq MRT-si çəkilən qapıçının belə bir probleminin olmadığı aşkarlanıb və bu, “kral klubu”nun məşqçilər korpusunu sevindirib.

Xəbər xətti