"Sumqayıt" yeni stadionuna nə vaxt köçəcək?

01:05 - 19 Sentyabr 2013

"Sumqayıt" "Qarabağ"ı yeni stadionuda qəbul edəcək
 
 
“Sumqayıt” klubunun yeni stadionunun inşası davam edir.
 
Sportal.az xəbər verir ki, əslində, gənclik şəhəri təmsilçisi mövsümün əvvəlindən etibarən rəqiblərini özünə məxsus olan yeni arenasında qəbul etməli idi. Lakin təmir işləri gecikdiyindən, komanda ilk 3 ev matçını Mehdi Hüseynzadə adına stadionda keçirməli oldu. Komanda 7-ci turda “Neftçi” ilə səfərdə üz-üzə gələcək.
 
Son məlumatlara görə, Aqil Məmmədovun yetirmələri oktyabrın ilk günlərində “İnter”lə Premyer Liqanın 9-cu tur qarşılaşmasını yeni arenasında keçirməlidir. Bu, çox böyük ehtimaldır. Təmir işləri həmin vaxta qədər yekunlaşmasa belə, “Sumqayıt”ın 10-cu turda “Qarabağ”ı yeni stadionunda qəbul edəcəyi dəqiqdir. 

Xəbər xətti