Millimizin üzvü 45 dəqiqə oynadı

01:50 - 19 Sentyabr 2013

Subaşiç "fərqləndi"
 
 
Türkiyə PTT Birinci Liqasında V turun oyunları keçirilib.
 
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış elədiyi “Orduspor” doğma meydanda “Manisaspor”la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
 
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Erkan Sözeri ona start heyətdə şans verib. Subaşiç fasilədə əvəZlənib. O, 25-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
 
“Orduspor” geridə qalan turlarda 10 xal toplaya bilib və ikinci pillədə qərarlaşıb.

Xəbər xətti