"Çempionluğa ən real namizədlər “Neftçi”, “Qarabağ və “Qəbələ” dir" MÜSAHİBƏ

17:37 - 19 Sentyabr 2013

Stepan Polyak:"Matçın taleyini ilk hissəhəll etdik"
 
 
"Simurq"un yarımmüdafiəçisi Stepan Polyakın Sportal.az-a müsahibəsi
 
 
- “Sumqayıt”la oyun haqqında nə deyə bilərsən?
- Yaxşı oyun göstərdik. Birinci hissə üç qol vurub matçın taleyini də ilk hissədə həll etdik.
 
- “Sumqayıt” necə komanda idi?
- “Sumqayıt” güclü, cəld və texnikalı futbolçulara malik bir komanda idi. Biz onlara oynamaq üçün boşluq vermədik.
 
- Həmin oyunda iki qol vurdun. Bu haqda nə deyə bilərsən?
- Birinci qol komandanın əməyi idi, ikinci qolda zərbə vurmaq üçün boş sahə var idi, mən də zərbə vurdum, baxımlı qol alındı. Bu qollar komandaya gözəl oyunun mükafatı idi.
 
- Keçən mövsüm “Simurq” surprizə imza ataraq, mövsümü 4-cü pillədə başa vurdu. Bu mövsüm komanda yuxarı pillələrdə qərarlaşa biləcəkmi?
-  Bu mövsüm bütün komandalar keyfiyyət baxımından bir-birindən fərqlənmir, hamısı güclü heyətə malikdir. Komandaların çoxu da mövsümü mükafatçılar sırasında bitirməyi planlaşdırır. Biz də əlimizdən gələni etməyə çalışacağıq.
 
- Hansı komandaları çempionluğa namizəd görürsən?
- Bu suala cavab vermək çətindir. Ancaq mən fikirləşirəmki, çempionluğa ən real namizədlər “Neftçi”, “Qarabağ və “Qəbələ” dir.
 
- “Xəzər Lənkəran” və “Bakı”nı iddialı komanda saymırsan?
- Hələlik bu üç komanda namizəddir, qarşıda hələ çox oyunlar var, onda hər şey məlum olacaq.
 
- Bu tur “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsən?
- “Qarabağ” güclü komandadır amma biz rəqibdən çəkinmirik və yalnız qələbə üçün meydana çıxacağıq.
 
Yusif HÜSEYN

Xəbər xətti