"Qəbələ"liderliyə yüksəldi YENİLƏNİB

18:50 - 20 Sentyabr 2013

Syominin komandası liderliyə yüksələ biləcək?

 

Bu gün Premyer Liqada VII tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, növbəti tur bir oyunla başlayacaq. Qəbələ şəhər stadionunda eyni adlı komanda “Rəvan”ı qonaq edəcək. Ötən tur həm “Qəbələ”, həm də “Rəvan” rəqiblərindən xal almağı bacarıb. Müvafiq olaraq Syominin yetirmələri AZAL-ı büdrədib, Qədirovun komandası isə “Qarabağ”ı iki xalından məhrum edib. Bu oyunda “Qəbələ” aktivinə 3 xal yazarsa, liderliyə yüksələcək. “Rəvan” isə udacağı təqdirdə, vəziyyətini daha da yaxşılaşdıracaq.

 

Qeyd edək ki, sabah isə daha 3 oyun keçiriləcək.

 

Premyer Liqa: 7-ci tur

 

20 sentyabr

 

17:00. “Qəbələ” – “Rəvan” 3:0 

Qollar: Subotiç, 8, Levin,9, Leonardo Da Silva,52(p)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Tahir Əhmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ şəhər stadionu   

Xəbər xətti