"Ölkənin ən iddialı klublarından birinə keçdim" FOTO

13:03 - 20 Sentyabr 2013

Elnur Allahverdiyev rəsmən "Qəbələ"də
 
"Qəbələ” sıralarını yeni futbolçu ilə gücləndirib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvü, daha əvvəl “Ədliyyə”, “Şəfa”, MOİK, “Turan”, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran”da top qovmuş Elnur Allahverdiyevlə yarımillik müqavilə imzalanıb. Müdafiəçi “Qəbələ”də 36 nömrəli forma ilə çıxış edəcək. Keçidin rəsmiləşməsinin ardından futbolçu ilkin təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb.
 
“Özümü çox yaxşı hiss edirəm. Ölkənin ən iddialı klublarından birinə keçdim. Artıq 2 gündür ki Qəbələdəyəm. Çox gözəl atmosfer  və futbol oynamaq üçün hər cür şərait var. Komandanın qarşısına böyük hədəflər qoyulub. Məqsədim bacarığımı ortaya qoyub komandanın hədəflərinə çatmasına kömək etməkdir. Özümü psixoloji və fiziki cəhətdən hazır sayıram. Baş məşqçimiz şans verdiyi an mübarizəyə atılmağa hazıram”.

Xəbər xətti