"İnter"də yenilik

13:21 - 20 Sentyabr 2013

"Belə vəziyyətlərə artıq kiçik yaşlarından hazır olmaq lazımdır"
 
"İnter" bu mövsümdən etibarən məktəb tədris qruplarında məşqçilərin rotasiyasını nəzərdə tutan yeni iş sxeminə keçib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, uşaqlara futbol elementlərinin tədrisində yeni istiqmət deyil. Demək olar hər yerdə belə fəaliyyət göstərirlər. Belə fəaliyyətin müsbət cəhəti ondadır ki, uşaq biliyi tək bir məşqçidən yox (uşaq futbolunda tədrisin bütün mərhələlərində), bir neçə çalışdırıcıdan alır və bu da uşağın imkanlarının genişlənməsinə, onun hərtərəfli artımına şərait yaradır.
 
Məktəbdə Azərbaycanda tanınmış mütəxəssislər çalışmağa başlayıblar. Ən kiçik yaş qrupuyla Böyükağa Abbasov çalışacaq, Rövşən Qasımov isə 2004-cü il təvəllüdlü futbolçulardan ibarət komandaya rəhbərlik edəcək. 1999-cu il təvəllüdlü uşaqlardan ibarət komanda da Elman Sultanova həvalə olunub.
 
Bu mövsümdə məktəbin 8 müxtəlif yaş qrupu Azərbaycan çempionatında iştirak edəcək. Azyazlı qruplar Bakı Futbol Federasiyasının eqidası altında keçirilən turnirdə mübarizə aparacaq. Bu mövsümdən etibarən “İnter”də U-19 komandası fəaliyyətə başlayacaq və komandaya yeni təyinata qədər klubun gənc futbolçularıyla çalışmış Vadar Nuriyev rəhbərlik edəcək.
 
Beləliklə, “İnter”in UGFM yeni mövsümün startına hazırdır. UGFM-in inkişafı üzrə layihə rəhbəri Valentin Xodukin yeni futbol ilinin başlanmasını belə şərh edib:
 
“Yay fasiləsindən sonra yarışlara başlamaq ağırdır. Uşaqlara çətin olacaq, ancaq buna alışmaq lazımdır, ona görə ki, gələcəkdə böyük futbol daha böyük çətinliklər irəli sürəcək və buna görə də, belə vəziyyətlərə artıq kiçik yaşlarından hazır olmaq lazımdır”. 

Xəbər xətti