Vladislav Qədirov futbolçularına təşəkkür etdi

19:42 - 20 Sentyabr 2013

“Qəbələ”nin hücumçularının yüksək ustalıq səviyyəsi öz sözünü dedi"
 
 
“Rəqibi qazanılan qələbə ilə təbrik edirəm. Oyunda topa daha çox sahib olsaq da, “Qəbələ”nin hücumçularının yüksək ustalıq səviyyəsi öz sözünü dedi".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Vladislav Qədirov "Qəbələ" ilə matçdan sonra bildirib.  Baş məşqçi Aqil Nəbiyevin zədələnməsinin komandaya təsir etdiyini də dilə gətirib:
 
"Oyunöncəsi məşqdə Aqil Nəbiyevin zədələnməsi də komandaya müəyyən qədər təsir etdi. Sona kimi mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm”.

Xəbər xətti