"Qalatasaray"da küsülü olan futbolçular var imiş

00:20 - 21 Sentyabr 2013

Burak Yılmaz Sneyderlə danışmır
 
 
“Real Madrid”lə oyunda ağır məğlubiyyət alan “Qalatasaray” düşərgəsindən bir-birinin ardınca həyəcanlı xəbərlər gəlməkdədir.
 
 
Sportal.az xəbər verir ki, komandanın iki ulduz oyunçusu - Burak Yılmazla Uesli Sneyder 20 gün imiş ki, küsülü imiş. Yayılan son xəbərlərə görə, Didye Droqba və Uelsli Sneyderin başqa futbolçularla münasibətləri yaxşı olmayıb. 
 
Türkiyə Superliqasının II turu çərçivəsində “Eskişehirspor”la oynanılan qarşılaşmadan sonra Burak Yılmazla Droqba və Sneyder arasında dava düşdüyü barədə məlumatlar var. 
 
Burakın Sneyderi ona ötürmə verməməkdə ittiham etməsi ilə başlanan mübahisəyə Selcuk İnan və Didye Droqba da qoşulub. Davanın böyüməsinin qarşısını Fatih Terim, Hasan Şaş və Ümut Davala alıblar. 

Xəbər xətti