"Neftçi" və "Qarabağ" xal itirdi YENİLƏNİB

21:25 - 21 Sentyabr 2013

"Qarabağ" "Simurq"a, "Neftçi" "Sumqayıt"a qarşı
 
Premyer Liqada dünən bir oyunla start götürən VII tur davam edir.
 
Sportal.az xəbər verir ki, bu gün isə daha 3 oyun keçiriləcək. “Qarabağ” “Simurq”u, “İnter” “Bakı”nı, “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək. Günün ilk qarşılaşması “Şəfa” stadionunda olacaq. Gözlənilənləri doğrultmayan və mövsümə uğursuz başlayan “İnter” “Bakı”nı sınağa çəkəcək.
 
Son iki turda xal itirən Qurban Qurbanovun komandası qələbə üçün meydana çıxacaq. Çünki dünən “Qəbələ” “Rəvan” üzərində qalib gələrək liderliyə yüksəlib. “Qarabağ” qələbə qazanacağı təqdirdə, “Qəbələ”ni bir xal qabaqlayacaq. 
 
“Neftçi” də liderlər qrupundan geri düşməmək mütləq aktivinə 3 xal yazdırmalıdı. “Flaqman” turnir cədvəlinin aşağı pilləsində qərarlaşan “Sumqayıt” üzərində qələbə qazanmaq istəyir.  
 
Qeyd edək ki, tura sabah AZAL – “Xəzər Lənkəran” oyunu ilə yekun vurulacaq.
 
Premyer Liqa: 7-ci tur
 
21 sentyabr
 
17:00. “İnter” – “Bakı” 2:2
Qollar: İaşvili 29, Şpiçiç, 86 - Əfran İsmayılov, 7 (p),45
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-İnspektor: Məlik Həsənov
“Şəfa” stadionu
 
19:00. “Neftçi” – “Sumqayıt” 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Namiq Bəkirov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-İnspektor: Gülağa Cabarov
“Bakcell Arena”
 
19:30. “Qarabağ” – “Simurq” 0:0
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
“Dalğa Arena”  

Xəbər xətti