"Hirsli idim, yan xətt hakiminə deyirdim ki, "top məndən çıxmayıb" MÜSAHİBƏ

14:45 - 21 Sentyabr 2013

Aleksandr Şemonayev: "Xəzər Lənkəran"la oyunda 3 xal qazanmaq üçün meydana çıxacağıq"
 
AZAL-ın müdafiəçisi Aleksandr Şemonayevin  müsahibəsi
 
- Öz meydanınızda "Qəbələyə" məğlub oldunuz? Bu oyunla bağlı nə deyə bilərsən?
- "Qəbələ" əla komandadır, AZAL da yaxşı komandadır. Çətin oyun oldu. Mən belə fikirləşirəm ki, ilk qolu vurduq və rahatlaşdıq. Bundan istifadə edən "Qəbələ" tez bir vaxtda iki cavab qolu vurdu. Amma ikinci hissədə meydanda ancaq AZAL var idi.
 
- Komandalar meydanda çox aqressiv idi. Səncə, buna səbəb nə idi?
- Hesab edirəm ki, AZAL qalib gəlsəydi, "Qəbələ"dən uzaqlaşıb liderliyini qoruyacaqdı, amma "Qəbələ" qalib gəlsəydi, AZAL-a çatırdı. Deyərdim ki, bəxt "Qəbələ"nin üzünə güldü. Onları təbrik edirəm.
 
- AZAL çempionatda lider oldu, amma bunu sona qədər qoruya bilmədi. Bu hal ötən mövsüm də baş verdi, amma ilk "altılıq"a düşə bilmədi. Bu mövsüm komanda nəyə ümid edir?
- İlk 4 yerdən birini tutmaq istəyirik. Buna AZAL-ın gücü çatacaq. Biz yaxşı komanda olmağı bacarmışıq və komandada birlik-bərabərlik yüksək səviyyədədir. Mən inanıram ki, bu mövsüm AZAL üçün yaxşı keçəcək.
 
- Vaqif Sadıqov "Qəbələ" ilə oyundan sonra mətbuat konfransında dedi ki, AZAL da futbolçu çatışmazlığı var. Səncə, bu belədir? "Qəbələ" ilə oyunu dəyişə biləcək futbolçusunun olmadığından şikayətləndi ...
- Mən baş məşqçinin fikirlərinə münasibət bildirə bilmərəm. Mən onun fikirlərinə hörmətlə yanaşıram. Onu deyə bilərəm ki, bu, sırf məşqçi işidi.
 
- Ümumiyyətlə oyunda elə sənin özünün hakimlə bir dialoqun oldu. Hakimə deyirdin ki, "mən əllə topu saxlamamışdım". Yan xətt hakiminə dedin ki, "epizoda gedib baxarsan". Hakimliyi necə dəyərləndirirsən?
- Narazılığım yoxdu. Sadecə olaraq meydanda olanda futbolçu bir az aqressiv olur. Hakimliklə bağlı narazılığım yoxdur.
 
-Bəs, yan xətt hakimi ilə mübahisəndə ona nə başa salmaq istəyirdin? Ümumiyətlə bu mövsüm hakimlikdən kifayət qədər narazılıqlar var. Elə AZAL da narazılıqlar edib. Səncə, hakimliyin belə zif olmasında səbəb nədir?
- Oyunda bir az hirsli idim, yan xətt hakiminə deyirdim ki, "top məndən çıxmayıb", amma sonra komanda yoldaşlarım mənə dedi ki, "top sonda sənə dəymişdi". Mən hakimliklə bağlı problem görmürəm. Hər bir insan səhv edə bilər.
 
- Sabah "Xəzər Lənkəran"la çətin oyununuz var. Bu oyunla bağlı nə deyə bilərsən?
- Meydana yalnız qələbə üçün çıxacağıq. Komandanın buna gücü çatır. Biz oyuna hazırıq. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, 3 xal bizim olsun.
 
Mənbə: Millifutbol.az

Xəbər xətti