"XL"-lə oyun öncəsi AZAL-da itkilər

15:39 - 21 Sentyabr 2013

AZAL-ın üç futbolçusu sabah forma geyinə bilməyəcək
 
Sabah Premyer Liqanın 7-ci turunda AZAL "Xəzər Lənkəran"ı qonaq edəcək.
 
"Təyyarəçi"lərin baş məşqçisi Vaqif Sadıqov Sportal.az-a açıqlamasında sabah ev sahiblərinin heyətində 3 futbolçunun iştirak etməyəcəyini açıqlayıb.
 
"Mən dəqiqliklə deyə bilərəm ki, sabah AZAL-ın heyətində Junior Aylton, EMin Cəfərquliyev və Orxan Həsənov zədə səbəbindən forma geyinə bilməyəcək. Branislav Arseneyeviçin vəziyyəti isə hələ dəqiq deyil. Onun oynayıb-oynamayacağına sabah aydınlıq gələcək"

Xəbər xətti