Rauf Əliyev: "Biz iki qızıl xal itirdik"

19:38 - 21 Sentyabr 2013

"Premyer Liqada belə hakimlik olmamalıdır"

 

"Oyuna yaxşı başladıq. İki dəfə önə keçdik. Rəqib əks-hücumlarda bizi yaxaladı. Biz qızıl iki xal itirdik".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın hücumçusu Rauf Əliyev deyib. Forvard oyun barədə sözlərinə bunları əlavə edib:

 

"Biz qalib olmalı idik. Amma əəssüf ki, iki xal itirdik".

 

Əliyev hakimlikdən də danışıb: "İnter"in vurduğu birinci qol zamanı yan xətt hakimi bayrağını qaldırmışdı. Amma Fariz Yusifov qolu qeydə aldı. Bu nə deməkdir? Belə hakimlik olar. Premyer Liqada belə referilər olmamalıdır. Əgər bir-birlərini görmürlərsə, bəs qulaqcıqlar nəyə lazımdır?".

Xəbər xətti