"Bu oyun bizim üçün dönüş nöqtəsi olacaq"

20:55 - 21 Sentyabr 2013

Zaur Svanadze: "Heç-heçə bizə çox lazım idi"
 
“Sona kimi gərgin oyun oldu. Nəticənin necə olacağını təxmin etmək mümkün deyildi. İlk hissədə yaxşı oynamadıq, fasilədə isə baş məşqçimiz taktiki dəyişiklik etdi və bundan sonra yaxşı oynadıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in məşqçisi Zaur Svanadze deyib. O, sözlərinə belə davam edib:
 
"Bu oyun bizim üçün dönüş nöqtəsi olacaq, xalları qazanmağa davam edəcəyik. Heç-heçə bizə çox lazım idi”.

Xəbər xətti