Kaxanın oğlundan etiraz: "Rəqib 14 nəfərlə oynayırdı"

11:31 - 22 Sentyabr 2013

Baçana Sxadadze: "Belə olmamalıdır, bu biabırçılıqdır"
 
Dünən baş tutan "İnter" - "Bakı" oyununda hər iki tərəf hakimlikdən narazı qalıb. Elə oyundan dərhal sonra saytımıza açıqlama verən "Bakı"nın hücumçusu Rauf Əliyev referilərdən narazı olduğunu bildirmişdi.
 
 "İnter"in futbolçusu Baçana Sxadadze də Sportal.az-a açıqlamasında baş hakim Fariz Yusifovdan, eləcə də ya xətt hakimlərindən narazılığını bildirib. O, bunları deyib:
 
"Bakı" vurduğu qollar hər ikisi standart vəziyyət idi. Birini penaltidən, digərini cərimə zərbəsindən vurdular. Amma nə penalti var, nə cərimə zərbəsi. Əslində ikinci qol zamanı qayda pozuntusu var idi, amma əks tərəfə. Amma hakim "Bakı"nın lehinə qərar verdi. Rəqibimiz oyunboyu meydanda 14 nəfərlə oynadı. Hakim bizə qarşı nə üçün qərəzli idi bilmirəm. Amma belə hakimlər Premyer Liqada olmamamlıdır".

Xəbər xətti