"Xəzər Lənkəran" ikinci qələbəsini qazandı

20:51 - 22 Sentyabr 2013

Cənublular 3 xalı rəqibdən ala biləcək?
 
Bu gün Premyer Liqada VII tura bir oyunla yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, turun son oyun günündə “Xəzər Lənkəran” AZAL-ın qonağı olacaq. Ötən tur “Bakı”nı doğma meydanında 2:1 məğlub edən Con Toşakın komandası bu oyunda da qələbə qazanmağı hədəfləyəcək. Eyni hesabla “Qəbələ”yə uduzan AZAL isə itirdiyi xalı bu oyunda qalib gəlməklə bərpa etməyə çalışacaq. 
 
Qeyd edək ki, növbəti tur sentyabrın 27-də start götürəcək.
 
Premyer Liqa: 7-ci tur
 
22 sentyabr
 
19:00. AZAL – “Xəzər Lənkəran” 1:3 
Qollar: Cavid Tağıyev, 10Sakkoni, 4, Nildo, 68,76
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Elman Musayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Şahin Cəfərov  
“AZAL Arena” 
 
Oyun başladı
 
2. Oyun hələki mərkəzdə davam edir
4. Qol: "Xəzər Lənkəran" hesabı açır. Etamenin sağ cinahdan ötürməsini Sakkoni qapıdan keçirir.
10. Qol: AZAL hesabı bərabərləşdirir. Cavid Tağıyev sağ cinahdan ötürməni qola çevirir.
13. Zohairin Benouahinin təhlükəli ötürməsinə nə Nildo, nə də Etame çata bildi.
28. Elnur Abdullayevin sol cinahda etdiyi reyddən sonra qapıya vurdğu zərbəni Cahangir Həsənzadə tutur.
33. Zohair Benouahinin ötürməsinə heç kim çata bilmir.
34. "Xəzər Lənkəran" üstün oynasa da, hesabda dəyişiklik yarada bilməyib.
42. Sakkoninin cərimə zərbəsi qapının yanından keçir.
44. Oskars Klava "qırmızı" alır
İlk hissə bitdi
 
İkinci hissə başladı
46. İlk təhlükə AZAL-dan gəldi. Ruslan Tağızadənin zərbəsi qapının üstündən keçdi
47. Nildonun təhlükəli zərbəsi qapının üstündən keçir
55. Elnur Abdullayevin uzaqdan zərbəsi qapıdan aralı keçdi
58. Sadio Tounkara topu boş qapıya göndərə bilmir
59. "Xəzər" tam üstünlüyə sahibdir.
69. Nildo axır ki fərqlənir. Tounkaranın künc ötürməsini braziliyalı qolla tamamlayır.
75. Oyunda gərginlik artıb.
76. Nildo başla ikinci dəfə fərqlənir
83. "Xəzər Lənkəran" oyundakı gərginliyi azaldıb. Hal-hazırda meydanda sakit oyun gedir.
86. Ruslan Tağızadənin təhlükəli ötürməsi Ramaldanov küncə çıxarır.
90. AZAL təhlükə yaratsa da, İqbekoye topu qapıdan aralı vurur.
90+3. Oyun bitdi. "XL" ikinci qalibiyyətini qazandı.

Xəbər xətti