Meydandan qovulan futbolçu: "Hakimə heç nə demədim" MÜSAHİBƏ

12:00 - 22 Sentyabr 2013

 

 
"Mən qol vurmağa söz vermirəm amma..."
 
 
 
"Simurq"un hücumçusu Dreqan Çeran Sportal.az-a müsahibəsi
 
- "Qarabağ"la oyun necə keçdi ?
- Çox çətin oyun oldu, bu axşam biz çox yaxşı oynadıq. Biz çempionatın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq.
 
- Bu gün "Simurq" 1 xal qazandı yoxsa iki xal itirdi?
- Əslində, iki xal itirdik, çünki biz çox yaxşı oynadıq. Ancaq itirilən iki xala görə də heyfsənlənmək lazım deyil. Bu oyunu unudub irəlidəki oyunlara baxmalıyıq.
 
- Oyunun sonlarına yaxın hakim səni ehtiyat futbolçular skamyasından uzaqlaşdırdı. Bunun səbəbi nə idi?
- Səbəbini mən də bilmirəm. Sonradan bildim ki, mənə hakimi təhqir etdiyimə görə qırmızı vərəqə verib amma həmin epizodda mən hakimə heç nə demədim. Sadəcə onu bildirdim ki, bizim futbolçu yerdə uzanıb topu meydandan çıxarmaq lazımdır.
 
- Artıq çempionatda iki qola imza atmısan. Növbəti oyunda azarkeşlərə qol vuracağına söz verirsən?
- Mən qol vurmağa söz vermirəm amma ona söz verə bilərəm ki, bacardığımın ən yaxşısını edəcəm. Mən həmişə özüm üçün yox, komandam üçün oynayıram. Oyunda da bütün ürəyimi meydana qoyuram.
 
- "Simurq" keçən mövsümü 4-cü yerdə bitirdi. Bu il necə fikirləşirsən daha yaxşı nəticə əldə etmək olar?
- Bəli, əgər biz oyuna daha yaxşı konsantrasiya olsaq, bir də oyunlarda son gücümüzü meydanda qoysaq daha yaxşı nəticə əldə edəcəyik. Bu mövsüm yaxşı nəticə əldə edib avrokuboklarda mübarizə aparacağıq.
 
Yusif HÜSEYN

Xəbər xətti