Platiniyə gözlənilməz sual:"Mənə qol vura biləcəksiniz?" FOTO

14:29 - 22 Sentyabr 2013

Platini penalti zərbəsini qeyri-dəqiq yerinə yetirib
 
 
UEFA prezidenti Mişel Platini bu gün Sumqayıta səfər edib.
 
Sportal.az xəbər verir ki, Sumqayıt İdman Mərkəzinin süni örtüklü meydançasının, eləcə də mərkəzin inzibati binasının açılışında iştirak edib.
Səfər zamanı maraqlı bir epizod da yaşanıb. Belə ki, əlində top UEFA prezidentinə yaxınlaşan yeniyetmə qapıçı "siz çox böyük futbolçu və penalti zərbələrinin mahir ustası olmusunuz. Buyurun görək, mənə qol vura biləcəksiniz?" deyərək, topu Platiniyə uzadıb.
Platini isə topu ondan alaraq onbirmetrlik nöqtənin başına keçib. Sumqayıtlı yeniyetmə ilə UEFA prezidentinin duelindən isə sumqayıtlı qapıçı qalib ayrılıb və Platininin penaltisini dəf edib.
 

Xəbər xətti