Vaqif Sadıqov hələ də ümidlidir

23:02 - 22 Sentyabr 2013

"Erkən qol buraxsaq da,..."

 

 Premyer Liqanın VII turu çərçivəsində AZAL doğma arenada “Xəzər Lənkəran”a 3:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Vaqif Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti dəyərləndirib.

Təcrübəli şalışdırıcı komandasının çıxışından razı qaldığını deyib: “Bu gün yaxşı oynadıq. Erkən qol buraxsaq da, bərabər oyun göstərdik. Oyunçularıma təşəkkür edirəm. Düşünürəm ki, belə oynamağa davam etsək lazım olan xalları yığacağıq”. 

Qeyd edək ki, AZAL-ın futbolçusu Oskars Klava oyunun 45-ci dəqiqəsində qırmızı vərəqə ilə meydandan qovulub.

Xəbər xətti