Premyer Liqanın 4 oyunu canlı yayımda

14:03 - 23 Sentyabr 2013

"İdman Azərbaycan" kanalı iş başında
 
Premyer Liqanın VIII turunun 4 oyunu canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, 27 sentyabrda "Xəzər Lənkəran" - "İnter" oyunu "Idman Azərbaycan"nın efirində olacaq. Matç saat 19:00-da başlayacaq.
 
28 sentyabrda "Bakı" - "Sumqayıt" qarsılaşması "AzTV"də, "Neftci" - "Qarabag"matçı "İdman Azərbaycan"da canlı yayımlanacaq. "Bakı" - "Sumqayıt" oyunu 18:00-da, "Neftçi" - "Qarabağ" qarşılaşması isə 19:00-da start götürəcək.
 
"İdman Azərbaycan" bazar gunu saat 18:00-da oynanılacaq "Rəvan" - AZAL görüşünü də təqdim edəcək.

Xəbər xətti