"Rəvan"da iki itki

14:39 - 23 Sentyabr 2013

Komanda məşqlərə başladı
 
"Rəvan” Premyer Liqanın 8-ci turunda qarşılaşacağı AZAL ilə oyunun hazırlıqlarına start verib.
 
Sportal.az klubun rəmi saytına istinadən xəbər verir ki, komanda ötən həftəsonu bərpaedici tədbirlər keçdikdən sonra bu gündən etibarən yenidən meydan məşqlərinə başlayıb. Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında "Bayıl” arenasında keçirilən hazırlıqda zədəli Tofiq Mikayılovla Elvin Həsənəliyev istisna olmaqla, komandanın bütün üzvləri iştirak edib. Təxminən 2 saat davam edən bugünkü səhər məşqində futbolçular toplu çalışmalar üzərində işlədi. Məşq ümumilikdə taktiki-texniki yöndə oldu.

Xəbər xətti