Almaniya Bundesliqasında yeni sima

13:46 - 24 Sentyabr 2013

Hollandiya millisinin sabiq baş məşqçisi alman klubunda
 
Məşhur hollandiyalı mütəxəssis Bert van Marveyk “Hamburq”un baş məşqçisi təyin olunub.
 
Sportal.az xəbər verir ki, o, Bundesliqa klubunda uğursuz çıxışlara görə göndərilən Torsten Finki əvəzləyib. Əvvəl mətbuatda 61 yaşlı məşqçi ilə ilkin razılıq əldə olunması barədə xəbər yayılsa da, məlumat dünən rəsmən təsdiqlənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, Bert van Marveyklə 2015-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. O, “Hamburq”da ilinə 1,4 milyon avro qazanacaq.
 
Qeyd edək ki, van Marveyk 2008-2012-ci illərdə Hollandiya millisini çalışdırıb. Bir illik fasilədən sonra isə o, Bundesliqa klubunun uğurları üçün tər tökəcək.

Xəbər xətti