"Boatenqin transferinə görə Vladimir Putin bizi təqdir etdi"

17:13 - 24 Sentyabr 2013

Klub rəsmisi açıqladı
 
Kevin-Prins Boatenqin bu yay “Milan”dan “Şalke”yə keçidini uğurlu addım hesab edənlərdən biri də Rusiya prezidenti Vladimir Putin olub.
 
Sportal.az xəbər verir ki, bu barədə klub rəsmisi Klemens Tennis məlumat verib. Tennisin sözlərinə görə, dövlət başçısı onunla görüşündə qanalı futbolçunun transferini yüksək qiymətləndirib:
 
“Putinlə Krasnodar şəhərində görüşdüm. Onunla Soçi Olimpiya Oyunları haqqında danışdıq, eləcə də “Şalke” barədə fikir mübadiləsi apardıq. Putin Boatenqi transfer etməyimizi yüksək qiymətləndirdi və bizi təqdir etdi”. 
 
Qeyd edək ki, “Şalke”yə rus şirkəti “Qazprom” sponsorluq edir.  

Xəbər xətti