Turun ən yaxşı oyunçusu "Xəzər Lənkəran"dan seçildi

10:37 - 25 Sentyabr 2013

7-ci turun rəmzi komandası

 

Azərbaycan Premyer Liqasında 7-ci turun rəmzi komandası məlumdur.

 

Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi turun analitik göstəricilərinə əsasən ötən turun rəmzi komandasına aşağıdakı futbolçular daxil edilib:

 
Qapıçı: Pavel Kapsa (Simurq)
 
Müdafiəçilər: Vanderson Skarduelli (Xəzər Lənkəran), Bədavi Hüseynov (Qarabağ), Denis Silva Kruz (Neftçi), Maksim Medvedev (Qarabağ)
 
Yarımmüdafiəçilər: Leonardo da Silva (Qəbələ), Qara Qarayev (Qarabağ), Əfran İsmayılov (Bakı), Sadio Tounkara (Xəzər Lənkəran)
 
Hücumçular: Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ)
 
Turun ən yaxşı oyunçusu “Xəzər Lənkəran”ın hücumçusu Junior Nildodur. “Qəbələ”nin yarımmüdafiəçisi Leonardo da Silva rəqib qapısına ən çox zərbə endirən futbolçudur. “Rəvan”ın serbiyalı yarımmüdafiəçisi Miloş Adamoviç isə komanda yoldaşlarına ötən turda ən çox ötürmə verən oyunçudur. “Neftçi”nin braziliyalı müdafiəçisi Karlos Kardoso hava mübarizələrində hamıdan güclü olub.
 

Xəbər xətti