"Sumqayıt" tam heyətlə məşq edə bilmir

15:30 - 25 Sentyabr 2013

Anar Nəzirov məşqlərə başladı
 
“Sumqayıt”  Premyer Liqasının 8-ci turunda səfərdə "Bakı"nın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu qarşılaşma üçün hazırlığını davam etdirir.
 
Komanda tam heyətlə hazırlaşa bilmir. Belə ki, bir müddət əvvəl zədələnən Zaur Həşimov hələ ki məşqlərə qoşula bilmir. Son "Neftçi" ilə görüşdə zədələnən qapıçı Anar Nəzirov isə fərdi məşqlərlə kifayətlənir. Digər qapıçı Elçin Sadıqov isə zədəsini sağaldaraq kollektivə qoşulub.
 
Qeyd edək ki, "Bakı" - "Sumqayıt" oyunu sentyabrın 28-də saat 16:00-da "Bakı" FK-nun təlim-məşq bazasında keçiriləcək.

Xəbər xətti