Sohib Savankulov - 70-ci oyunçu

13:04 - 26 Sentyabr 2013

Premyer Liqada oynamış ilk tacik futbolçu 
 
"Rəvan” Premyer Liqanın 8-ci turunda "Qəbələ” ilə qarşılaşıb.
 
Sportal.az klubun rəmi saytına istinadən xəbər verir ki, komandanın adıçəkilən regiondakı ilk məğlubiyyətini aldığı görüşdə müdafiəçi Sohib Savankulov yubiley müəllifi oldu. Belə ki, Premyer Liqada oynamış ilk tacik futbolçu kimi tarixə düşən müdafiəçi həm də elita oyunlarında "Rəvan” forması geyinmiş 70-ci oyunçu oldu. Buna qədər cari mövsümdə 13 futbolçu "sarı-qırmızı” forma ilə ilk dəfə Premyer Liqa həyəcanı yaşamışdı. Bunlar Ceyhun Cavadov, Sebastyan Kastro-Telyo, Novruz Məmmədov, Rəşad Abdullayev, İvan Pexa, Elvin Həsənəliyev, Elnur Abdulov, Bəxtiyar Soltanov, Mişel Balokoq, Kamil Nurəhmədov, Əziz Quliyev, Aqil Nəbiyev və Cəmşid Məhərrəmov idi.  

Xəbər xətti