"Rəqibimiz bu stadionda oynamağa alışıb"

16:26 - 26 Sentyabr 2013

Erik Ramos "Qarabağ"la oyundan danışdı
 
“Gücündən asılı olmayaraq, bütün rəqiblərə hörmətlə yanaşırıq. “Qarabağ” kollektiv şəkildə yaxşı oynamaqla yanaşı, həm də komanda yoldaşlarım kimi fərdi ustalığı yüksək olan futbolçulara malikdir”.
 
Sportal.az xəbər verir ki,  bu sözləri “Neftçi”nin dayaq yarımmüdafiəçisi Erik Ramos deyib.
 
Paraqvaylı futbolçu “Qarabağ”la oyun öncəsi klubunun rəsmi saytına danışıb. Onun sözlərinə görə, rəqib bu görüşdə özünü qonaq kimi hiss etməyəcək: “Rəqibimiz son ev oyunlarını “Bakcell Arena”da keçirib və demək olar ki, bu stadionda oynamağa alışıb. Bu səbəbdən də qonaq komanda anlayışı o qədər önəmli deyil. Fikrimcə, hər iki komandanın azarkeş dəstəyi güclü olacaq. Biz də çalışacağıq ki, gözəl futbol nümayiş etdirib onları sevindirək”.
 
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu sentyabrın 28-də keçiriləcək. Turun mərkəzi görüşü saat 19:00-da başlayacaq. 

Xəbər xətti