"İnter" Lənkərandadır FOTO

16:31 - 26 Sentyabr 2013

"İnter" Lənkəranda növbəti məşqinə çıxacaq
 
Premyer Liqanın VIII turu çərçivəsində “İnter” səfərdə “Xəzər-Lənkəran”la qarşılaşacaq. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi bu gün Lənkərana gəlib. 
“İnter” “Qafqaz Sahil Otel”ində məskunlaşıb. “Bankirlər” bu gün Lənkəran şəhər stadionunda oyunöncəsi məşqə çıxacaq. 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” qarşılaşması sabah saat 19:00-da başlanacaq. 

Xəbər xətti