"Bəzi oyunlarda xal itirməsəydik...."

23:38 - 26 Sentyabr 2013

Saşa Stamenkoviç:"Azarkeşlərin bu görüşə “Avropa derbisi” adı verməsi də məncə təsadüfi deyil"
 
 
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o,  Premyer Liqanın 8-ci turunda qarşılaşacaqları “Qarabağ”la oyun öncəsi bunları söyləyib:
 
“Çempionatın 7 turu artıq geridə qalıb. Bəzi oyunlarda xal itirməsəydik, hazırda ilk pillədə də ola bilərdik. Bununla belə, liderlər qrupunda qərarlaşmışıq və çempionluq mübarizəmizi davam etdiririk. Hər oyunda olduğu kimi, “Qarabağ”la matçda da məqsədimiz bəllidi. Əlbəttə, hər qapıçı istəyər ki, meydanı qol buraxmadan tərk etsin. Bununla belə, qələbə daha vacibdir. Azarkeşlərin bu görüşə “Avropa derbisi” adı verməsi də məncə təsadüfi deyil. Şübhəsiz ki, bu qarşılaşma da Avropa Liqasının qrup mərhələsində “Partizan” və “Rubin” komandalarına qarşı keçirdiyimiz oyunlar qədər maraqlı olacaq. Derbi oyunları nə qədər çox olsa, həm çempionatın səviyyəsi yüksələr, həm də stadionlara daha çox azarkeş gələr”.

Xəbər xətti