Aqil Nəbiyev sıraya döndü

23:50 - 26 Sentyabr 2013

"Rəvan" AZAL-la oyuna hazırlaşır
 
"Rəvan”  Premyer Liqanın 8-ci turu çərçivəsində AZAL komandasını qonaq edəcək.
 
Sportal.az xəbər verir ki, komanda bu oyuna hazırlığı "Bayıl” stadionunda davam etdirir.
 
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında gündə 1 dəfə olmaqla keçirilən məşqlərdə futbolçular müxtəlif təmrinləri yerinə yetirir. Məşqlər daha çox taktiki-texniki yöndə olur. Toplu çalışmaların üstünlük verildiyi hazırlıqlarda zədəli 2 futbolçudan - Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa hamı iştirak edir.
 
"Qəbələ” ilə oyundan əvvəl isinmə hərəkətləri zamanı xəsarət alıb meydana çıxa bilməyən Aqil Nəbiyev də ümumi qrupda məşqləri davam etdirir. Komandanın həkiminin sözlərinə görə, Aqilin AZAL ilə oyunda meydana çıxması üçün heç bir problem yoxdu.

Xəbər xətti