İstanbul derbisinin cəzaları açıqlandı

00:01 - 27 Sentyabr 2013

"Beşiktaş"a 4 oyunluq cəza verilib
 
 
Türkiyə Superliqasının V turu çərçivəsində keçirilən və azarkeşlərin meydana daxil olması səbəbindən 90+2-ci dəqiqədə yarımçıq dayandırılan “Beşiktaş” – “Qalatasaray” (2:1) qarşılaşması ilə bağlı cəzalar açıqlanıb.
 
Sportal.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Beşiktaş” ev sahibi komanda olduğu üçün kluba 4 matç azarkeşsiz oynama cəzası verilib. Digər tərəfdən oyun davam edərəkən hakimə etirazları səbəbindən tribunaya göndərilən “ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç isə 3 oyunluq cəzalandırılıb.
 
Rəqibə sərt şəkildə müdaxilə edən və qırmızı vərəqə alan “Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo isə 2 oyun komandasına kömək edə bilməyəcək.

Xəbər xətti