"Sumqayıt" klubunda yenilik

00:40 - 27 Sentyabr 2013

Klubda Müşahidə Şurası yaradılıb
 
2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında  Premyer Liqada çıxış edən klublarda İdarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olunub.
 
Sportal.az  xəbər verir ki, bununla əlaqədar olaraq, "Sumqayıt" Futbol Klubu Müşahidə Şurası yaradıb.

Rəhbərlik həmin şuranın tərkibini elan etmək məqsədi ilə mətbuat konfransı təşkil edəcək. Tədbir sentyabrın 27-də saat 12:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq. 

Xəbər xətti