Yubiley – 10-cu uğurun astanasında

12:31 - 27 Sentyabr 2013

Barton "qırmızı-qaralar"ın heyətində yeganə dubl müəllifidi
 
"Qəbələ” Premyer Liqanın VIII turunda “Simurq”la qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 29-da baş tutacaq görüş rəqiblər arasında 23-cü matç olacaq. İlk dəfə hər 2 komandanın I dəstədə mübarizə apardığı 2005/06 mövsümündə üz-üzə gələn tərəflər indiyədək 22 dəfə görüşüb. Baş tutan qarşılaşmalardan 18-i Premyer Liqa, 2-si Azərbaycan kuboku, 2-si I dəstəyə təsadüf edib. Bu oyunlarda 9 qələbəsi olan “Qəbələ” yubiley – 10-cu uğurun astanasındadır. Daha 5 görüşdə 1 xalla kifayətlənən “qırmızı-qaralar” 8 dəfə meydanı məğlub tərk edib. Top fərqində isə bu üstünlük daha böyükdür – 25:20. Bu üstünlüyün səbəbi qarşılaşmalarda qeydə alınan hər 2 böyükhesablı qələbənin Qəbələ təmsilçisinin hesabında olmasıdır.
 
“Simurq”la görüşlərdə vurulan 25 qola “Qəbələ”nin 22 oyunçusu imza atıb. Yalnız Deon Bartonla Kristian Torres hərəyə 2 qol vurub. Daha 1 qolu isə zaqatalalılar öz qapısına vurub. Barton həm də “qırmızı-qaralar”ın heyətində yeganə dubl müəllifidir.
 
I dəstədəki hər 2 oyunda da, kubokda isə 1 matçda və ümumi nəticədə qalib gələn “Qəbələ” Premyer Liqa oyunlarında baş tutan 18 görüşdə 18 qol vurub. Bu matçlarda 6 qələbə qazanıb, 5 heç-heçə edib, 7 dəfə uduzan “qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir – 18:17.
 
12-ci dəfə “Simurq”un qonağı olacaq “Qəbələ” rəqib meydanında 3 qələbə qazanıb və eyni sayda bərabərliyə nail olub. Digər 5 matçda isə zaqatalalılar qalib gəlib. Səfərdə 10 qolu olan “qırmızı-qaralar” öz qapısından 13-nü buraxıb. 

Xəbər xətti