Azarkeşlər tərəfindən söyülən futbolçu:"Lənkəranlı fanatlarla ..."

00:30 - 28 Sentyabr 2013

Vaqif Cavadov:"Son vaxtların ən yaxşı komandası "XL" qarşımızda idi"
 
“Ağır oyun oldu. Həm meydançanın durumu pis idi, həm də son vaxtların ən yaxşı komandası “Xəzər Lənkəran” qarşımızda idi. Mübarizə apardıq və qələbə qazandıq. Bu qələbə bizim üçün çox vacib idi”.
 
 
Sportal.az xəbər verir ki,bu sözləri Azərbaycan milli komandasının üzvü və “İnter”in kapitanı Vaqif Cavadov deyib.
 
Ilk hissənin son dəqiqəsində Mbila ilə toqquşmada yerdə qalan və legioner futbolçuya yumruq atdıqdan sonra yerli azarkeşlər tərəfindən söyülən Cavadov məsələyə belə münasibət bildirib:
“Belə hallar olur. Komandaları geridə idi. Və onlar bu vəziyyətə dözmədilər. Ümumilikdə götürsək, lənkəranlı fanatlarla heç bir problemim yoxdur. Adi oyun epizodu idi, oldu keçdi. Sadəcə, əmin olsunlar ki, mən simulyasiya eləmədim. Hətta oyunun gedişində əvəzlənməyimi istədim. Çünki həmin epizodda zədə aldım”.
 
Qeyd edək ki,Cavadov təhqir olunduqdan sonra üzünü tribunaya tutub, fanatları alqışlamışdı.
 
futbol11.az

Xəbər xətti