"Bu gün əsas məqsəd məğlub olmamaq idi"

22:14 - 29 Sentyabr 2013

Vladislav Qədirov:"Oyundan öncə AZAL daha rahat görünürdü"

 

"Komandama inanıram. Bu gün əsas məqsəd məğlub olmamaq idi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Çalışdırıcı  Premyer Liqanın VIII turunun AZAL-la oyunu haqda fikirlərini açıqlayıb. Qədirov 0:0 hesablı nəticədən razı qalıb: “Hər iki komanda ehtiyatlı oynadı. Vurulan bir qol oyunun taleyini həll edə bilərdi. Oyundan öncə AZAL daha rahat görünürdü, xal ehtiyatları bizimlə müqayisədə daha çoxdur. Hər iki komandanın qol vurmaq şansları oldu”.

Xəbər xətti