Vaqif Sadıqov "Rəvan"la oyundan danışdı

22:25 - 29 Sentyabr 2013

 

"Heç-heçə ədalətli nəticə idi"
 
"Komandalar qələbə qazanmaq üçün mübarizə aparırdı”. 
 
 
Sportal.az xəbər verir ki, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın VIII turunun “Rəvan”la oyunu haqda fikirlərini açıqlayıb. Sadıqov ardıcıl 2 məğlubiyyətdən sonra alınan qolsuz bərabərliyə şərh verib: “Fikrimcə, heç-heçə ədalətli nəticə idi. Ardıcıl iki məğlubiyyətdən sonra qalib gəlmək istəyirdik. 4 gün sonra “Simurq”la çox çətin oyunumuz var. Bugünkü oyundan razı qaldım”.

Xəbər xətti