"Real" oğurluq edib

"Barsa"lı azarkeşlər şikayət etdilər
 
120 Barcelona tərəfdarı İspaniya polisinin “Twitter”dəki hesabına sikayət mesajı göndərib.
 
Sportal.az xəbər verir ki, göndərilən mesajda belə yazılır: “Real Madrid, Elche matçında haqsız penaltıyla oğurluq etdi". Bunu görən təhlükəsizlik orqanı isə öz “Twitter” hesabından, “Twitlerinizi aldıq ancaq futbol oyunlarına nəzarət bizim vəzifə səlahiyətlərimiz xaricindədir. Bu səbəbdən bizə “Twit” atmamanızı xahiş edirik” –deyə cavab verib.
 
Xatırladaq ki, İspaniya Liqasında Real Madrid Elche klubu ilə oynadığı matçda 96-cı dəqiqədə qazandığı penaltı ilə qələbə qazanıb. Kral klubunun son anda qələbəsi barselonalı azərkeşləri qəzəbləndirdiyindən bu cür addım atıblar.
Tarix: 30 Sentyabr [02:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio