"Qalatasaray"ın yeni çalışdırıcısı rəsmən məlum oldu FOTO

11:28 - 30 Sentyabr 2013

Mançini ilə razılığa gəlindi

 

"Qalatasaray" məşqçi axtarışlarına son qoyub.

 

Sportal.az xəbər verir ki, "Cim-Bom"un gündəmində olan İtaliyalı çalışdırıcı Roberto Mançini rəhbərliklə razılığa gəlib. Belə ki, Mançini bu gün rəsmən "Qalatasaray"ın yeni çalışdırıcısı olacaq. Bu gün onunla 2 illik müqavilə bağlanılacaq.

 

Qeyd edək ki, Roberto Mançini "Qalatasaray"dan ildə 4.5 milyon avro qazanacaq.

Xəbər xətti