Baş katib futbolçularla görüşüb

23:41 - 30 Sentyabr 2013

U-19 millimiz İrlandiya ilə qarşılaşacaq
 
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. 
 
Sportal.az xəbər verir ki, E.Məmmədov Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsində oktyabrın 10-da İrlandiya,  2 gün sonra Bosniya və Herseqovina, oktyabrın 15-də isə İsveç komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 3-cü qrupun oyunları İsveçdə təşkil olunacaq.
Turnirə hazırlıq çərçivəsində komandamız oktyabrın 1-dən 7-dək Latviyada təlim-məşq toplanışı keçirəcək.
 

Xəbər xətti