Millimizə qarşı yeni sima

01:01 - 1 Oktyabr 2013

Kapello  siyahıya daha bir nəfər əlvə etdi
 
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının heyətində dəyişiklik edilib.
 
Sportal.az xəbər verir ki , şimallıların baş məşqçisi Fabio Kapello oktyabrdakı seçmə oyunlar üçün açıqladığı ilkin heyətə əlavələr etməyi lazım bilib.
 
İtaliyalı mütəxəssis 36 nəfərlik siyahıya Yevgeni Makeyevi də əlavə edib. Moskva “Spartak”ının müdafiəçisi oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla oynamağa namizəd olub.
 
Qeyd edək ki, oktyabrın 15-də baş tutacaq Azərbaycan – Rusiya oyunu 8-ci km stadionunda keçiriləcək. 

Xəbər xətti