"Qarabağ" - "Vətən" 3:2 VİDEO

18:04 - 1 Oktyabr 2013

Meydan sahiblərindən əzmkar qələbə 

 

AFFA-nın təşkilatçılığı ilə keçirilən Kapital Bank U-15 Liqada yeni mövsümə start verilib.

 

İlk turun maraqlı qarşılaşmalarından biri "Qarabağ" və "Vətən" komandaları arasında olub. 

 

Görüşün 18-ci dəqiqəsində Asif Ələsgərov "Vətən"i hesabda irəli çıxarıb. Lakin fasilə ərəfəsində "Qarabağ"ın forvardı Əli Əlizadə bərabərlik qoluna imza atıb. İkinci hissənin əvvəlində Nəbi Nəbizadə yenidən qonaqları hesabda irəli keçirib. Lakin "Qarabağ" bu dəfə Ülvi İbrahimovun sayəsində tezliklə hesabı bərabərləşdirib. 62-ci dəqiqədə isə Süleyman Əhmədovun vurduğu qol "Qarabağ"a əzmkar qələbə qazandırıb. 

 

Oyundan çəkiliş aparan sportal.az saytı matçın icmalını təqdim edir. 

 

Xəbər xətti