"İnter" növbəti tura hazırlaşır

18:26 - 1 Oktyabr 2013

"Sumqayıt"-"İnter" matçı saat 16.00-da başlayacaq
 
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasında 9-cu tura oktyabrın 5-də start veriləcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, həmin tarixdə "İnter" səfərdə "Sumqayıt" komandasıyla qarşılaşacaq. Oyun Mehdi Hüseyn adına Sumqayıt şəhət stadionunda baş tutacaq. "Sumqayıt"la oyunun hazırlıqlarına ötən birinci gündən başlayan "bankirlər" bu gün də məşq etdi. "Şəfa" stadionunda keçirilən məşqdə isinmə hərəkətlərindən sonra topla müxtəlif tapışırıqları yerinə yetirən futbolçular gündəlik hazırlıq prosesini qapıya uzaqdan zərbələr endirməklə başa vurdular. 
 
Əlavə edək ki, "İnter" sabah da məşq edəcək. Xatırladaq ki, "Sumqayıt"-"İnter" matçı saat 16.00-da başlayacaq.

Xəbər xətti