“Mançester Yunayted”dəki günlərim çox çəkməyəcək”

23:25 - 1 Oktyabr 2013

Ulduz futbolçu komandasından ayrıla bilər
 
“Mançester Yunayted”in yaponiyalı yarımmüdafiəçisi Şinji Kaqava maraqlı açıqlaması ilə diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, ingilis mətbuatına danışan 24 yaşlı futbolçu öz üzərində daha çox işləmək məcburiyyətində olduğunu deyib: “Mançester Yunayted”də oynamaq, heyətə düşmək asan deyil. Mən bunun məsuliyyətini tərk edirəm. Son vaxtlar heyətdən kənarda qalmağım da onu göstərir ki, üzərimdə daha çox çalışmalıyam. Əks təqdirdə, “Mançester Yunayted”dəki günlərim çox çəkməyəcək”. 

Xəbər xətti