Falkao:"Bezmişəm"

23:42 - 1 Oktyabr 2013

Ulduz futbolçu haqqında gəzən söhbətlərə aydınlıq gətirdi
 
Radamel Falkao yayda “Monako”ya keçməsinə baxmayaraq, yenə Avropa mətbuatının “dilindən” düşmək bilmir.
 
Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçunun adı müftəlif klublarla birgə hallanmaqdadır. Fransız mətbuatına danışan 27 yaşlı forvard “Monako”da xoşbəxt olduğunu deyib: “Bezmişəm. Adımın yenə başqa klublarla hallanması xoşuma gəlmir. “Monako”nun layihəsinin bir parçası olmaq qürurvericidir. Qısası, Fransada xoşbəxtəm. “Monako” ilə 5 illik müqaviləm var və sözləşməmin sonuna kimi hazırkı komandamda qalmağı düşünürəm”. 

Xəbər xətti