İki oyuna bir bilet

12:35 - 2 Oktyabr 2013

Millinin oyuna bilet satışı davam edir
 
2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası son iki oyununu - oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə "Bakcell Arena"da keçiriləcək.
 
Sportal.az xəbər verir ki, bunu nəzərə alan AFFA bilet satışında yeni kampaniyaya start verib.
 
Belə ki, biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə olacaq və  2 oyuna bir bilet satılacaq. Bu kampaniyadan faydalanmaq istəyən azarkeşlər  sektorundan asılı olaraq  10 və 12 manata 2 oyun üçün (Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya)  bilet əldə etmək hüququ qazanacaq.  Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrılıqda satılacaq  (Biletlərin qiyməti ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz) .
 
Qeyd edək ki, yeni kampaniyaya bilet satışı başlayan gün - sentyabrın 20-də, saat 12:00-da start verilib. Biletləri "Bakcell Arena"nın kassalarından,  Park Bulvar Alış-Veriş və 28 Mall Ticarət Mərkəzlərindən ala bilərsiniz.

Xəbər xətti