Qırğızıstan - Azərbaycan oyunu nə vaxt baş tutacaq?

13:00 - 2 Oktyabr 2013

Oyun Bişkekdə oynanılacaq

 

Azərbaycan milli komandasının Qırğızıstan yığması ilə yoldaşlıq oyununun keçiriləcəyi stadion və başlanma vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, noyabrın 19-dakı qarşılaşma Bişkek şəhərində təşkil olunacaq

Oyun Qırğızıstan paytaxtının Dolen Omurzakov adına stadionda keçiriləcək. Yoldaşlıq görüşü yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq.

Qeyd edək ki, bu Bişkekdəki oyun millimizin 2013-cü ildə son qarşılaşması olacaq.

Xəbər xətti