"Qarşıda çox oyunlar var, amma "Xəzər Lənkəran"a qalib gələcəyik" MÜSAHİBƏ

14:40 - 2 Oktyabr 2013

Varea: "Qələbə qazana bilərdik, amma təəssüf ki, olmadı"
 
"Rəvan"ın hücumçusu Xuan Manuel Vareanın  müsahibəsi
 
- AZAL-la oyun haqqında nə deyə bilərsən? Yenə qalib gələ bilmədiniz...
- Çox çətin oyun oldu. AZAL-da son oyunlarda məğlub olurdu deyə onlara da qələbə lazım idi. Meydanda gərgin oyun keçdi. Onlarda qalib gəlmək istəyirdi. Biz onlardan daha yaxşı oynadıq. Yaxşı şanslarımız oldu. Amma istifadə edə bilmədik. Qələbə qazana bilərdik, amma təəssüf ki, olmadı.
 
- “Rəvan”ın çempionatda cəmi bir qalibiyyəti var. Səncə, komandan çox pis vəziyyətdə deyilmi?
- Bu futboldur. Komanda qələbələr də qazanara ardıcıl, ardıcıl məğlubiyyətlərdə ola bilər. Amma “Rəvan” yaxşı komandadır. Yaxşı futbolçularımız var. Biz bu vəziyyətdən çıxacağıq.
 
- Rəhbərlik çempionatda qarşınıza nə şərt qoyub?
- Rəhbərlik uğurlu çıxış etməyimizi istəyir. Mən də düşünürəm ki, bu komanda ilk “5-lik”də yer ala bilər.
 
- Sən “Rəvan”da olarkən çox baş məşqçilərin rəhbərliyi altında oynamısan. Vladislav Qədirovun gəlişindən sonra komandada nəsə dəyişibmi?
- O, yaxşı məşqçidir. Həm də “Rəvan”ı yaxşı tanıyır. Çünki o burada əvvəllərdə baş məşqçi işləyib. Bizi oyunlara yaxşı kökləməyi bacarır. Vladislav Qədirov hər oyunçuyla ayrılıqda necə söhbət etməyi bilir. İnanıram ki, elə onunla birlikdə uğur qazanacağıq.
 
- Bu tur “Xəzər Lənkəran”la üz-üzə gələcəksiz. Rəqibinizin də qələbəyə ehtiyacı var. Bu oyundan nə gözləyirsən?
- Bu oyun bizim üçün çox vacib oyun olacaq. “Rəvan”a ancaq qələbə lazımdır. Çünki turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Bunu düzəltmək lazımdır. “Xəzər Lənkəran” güclü komandadır. Amma biz ancaq qalib gəlməyi düşünürük.
 
- Bu oyunda da məğlub olsanız, artıq komanda üçün faciə sayılacaqmı?
- Futbolda faciə deyilən bir şey yoxdur. Qarşıda hələ çox oyun var. Amma “Rəvan” “Xəzər Lənkəran”ı məğlub edəcək.
 
Millifutbol.az

Xəbər xətti