"Rəvan" "XL"lə oyuna ciddi hazırlaşır

17:23 - 2 Oktyabr 2013

Komanda Tofiq Mikayılov və Elvin Həsənəliyevdən yoxsul çalışır
 
“Rəvan” Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Xəzər Lənkəran”ı qonaq edəcək.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu oyuna hazırlığı “Bayıl Arena”da davam etdirir.
 
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən hazırlıqda futbolçular ruh yüksəkliyi ilə çalışır və onun tapşırıqlarını diqqətlə dinləyir. AZAL ilə son tur matçından sonra başlayan məşqlərdə yalnız zədəli Tofiq Mikayılov və Elvin Həsənəliyev iştirak etmir. 
 
Qalan bütün komanda üzvləri hazırlığa qatılır. Məşqçilər daha çox futbolçuları toplu çalışmalar üzərində hazırlaşdırır. Məşqlər ümumilikdə taktiki-texniki yöndə olur.

Xəbər xətti